açıq dərs

07.02.2022 –ci il tarixdə Alman dili kafedasının baş müəllimi Quliyeva Nazilə Museyib qızının açıq dərsi keçirildi. Dərsin mövzusu: Modal feillərin indiki zamanda şəxslər üzrə dəyişməsi. Mətn. “Mağazada”. Dərsdə iştirak etdilər: Fakültə dekanı dos. Ə.Əsgərov, kafedra müdiri dos (attestatsız) E.Atakişiyev, kafedranın müəllimləri: b/m V.Kərimova, b/m N.İbrahimova, A.Yusifli, K.Həsənova və s. iştirak etdilər.