



15 oktyabr 2026-cı il tarixində bakalavr səviyyəsi üzrə tələbələrin əvvəlki təhsilinin və kreditlərinin tanınması məqsədilə yaradılmış komissiyanın məqsəd və vəzifələrinin müzakirəsi iclası təşkil olundu. İclasın sədri Tədris işləri üzrə b/m. Maleykə Aslanova bildirdi ki, komissiyanın iclasında işçi qrupun 9 nəfər üzvündən 9 nəfəri iştirak edir. İclasda yetərsay vardır.
Filologiya və xarici dillər fakültəsinə bərpa olunmuş və köçürmə yolu ilə gələn tələbələrin təqdim etdiyi akademik transkript əsasında daha əvvəl topladığı fənn kreditlərinin tanınması ilə bağlı müzakirə aparıldı.