“Elmi yazıda qarşılıqlı əlaqə və dialoq” mövzusunda açıq dərs

Kafedra: Alman dili

Müəllim: Yusifli Arzu Nəsif qızı

Xarici dil muəllimliyi
Alman dili ixtisasi.3 kurs
Fənn: qrammatikada akademik yazi üslublari
Mövzu: “Elmi yazida qarşılıqlı əlaqə və dialoq”

23.05.2025-ci il tarixdə Alman dili kafedrasının müəllimi Yusifli Arzu Nəsif qızının “Elmi yazıda qarşılıqlı əlaqə və dialoq” mövzusunda açıq dərsi keçirildi.

Arzu müəllim qeyd etdi ki;- Elmi yazı yalnız məlumat və nəticələri təqdim etmək deyil, həm də digər tədqiqatlarla, nəzəriyyələrlə və müəlliflərlə dialoqa girmək deməkdir.
Elmi mətnlərdə interaksiya o deməkdir ki, müəllif tədqiqatlara istinad edir, müxtəlif sitatlar gətirir və şərh edir və öz işinin bu elmi müzakirəyə necə töhfə verdiyini göstərir.
Elmi dialoq şifahi yox, yazılı formada olur – kitablar, məqalələr və dissertasiyalar vasitəsilə olur.
Elmi yazıda interaksiya və dialoq – elmi ünsiyyətin əsas hissəsidir.

Müəllif mövzu və ədəbiyyatı yaxşı bilir və tənqidi düşünür. Elmi yazı monoloq deyil, davam edən dialoqun bir hissəsidir.

Dərsdə fakültə dekanı dosent Əjdər Əsgərov, Alman dili kafedrasının müdiri dos Elvin Atakişiyev və kafedranın əməkdaşları iştirak etdilər.