“Минарет и аист” mövzusunda açıq dərs keçirildi

09.10.2025-ci il tarixdə Rus dili kafedrasının müəllimi Piriyeva Leyla Məzahir qızı tərəfindən 3kurs xarici dil müəllimliyi( rus dili) ixtisasında açıq dərs kecirildi. Bu dərsdə tələbələr “Минарет и аист” mətnini oxuyaraq nəzakətli sözlərin insan münasibətlərində nə qədər önəmli olduğunu anladılar. Onlar yeni mətn və dialoqlar qurmaqla qarşılıqlı hörmət və anlayış ifadə etməyi öyrəndilər. Dərs zamanı tələbələr danışıq mədəniyyətini inkişaf etdirdilər və fikirlərini yumşaq, səmimi şəkildə bildirmə bacarığı qazandılar. Bu fəaliyyətlər onların ünsiyyət mədəniyyətini formalaşdırdı. Nəticədə, şagirdlər nəzakətli sözlərin cəmiyyət və ailə münasibətlərində harmoniyanı qorumağa kömək etdiyini dərk etdilər.