

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 44 Günlük Vətən Müharibəsində Qəhrəmanlıq zirvəsinə ucalmış Yüksəl Əlizadənin anası, Xarici dillər fakültəsi Leksika və ölkəşünaslıq kafedrasının müdiri, dosent Sevda Kazımovanın uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyəti və yubileyi münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb və Fəxri fərman təqdim edib.
Sevda Kazımova ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.