“Müasir təlim metodları; Fransız dilinin tədrisində innovativ metodların tətbiqi” mövzusunda təlim

20.05.2025-ci il

 “Müasir təlim metodları; Fransız dilinin tədrisində innovativ metodların tətbiqi” mövzusunda təlim.

Kafedra; Fransız dili.

Baş müəllim, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının doktorantı Şamilova Şahnaz Vaqif qızı.

           Təlimin mövzusu xarici dil öyrənmək üçün mötivasiyanin üstünlüyü, müəllimin yaradıcılıq bacarıqları və fransız dili dərslərində ən yeni metodların tətbiqi ilə bağlıdır.

      Fransız dilinin tədrisində innovativ metodlar müasir texnologiyalardan, pedaqoji üsullardan və kommunikativ yanaşmalardan istifadə etməklə tədrisin effektivliyini artırmağa yönəlmişdir. Təlimdə “Tapşırıq əsaslı  öyrənmə yanaşması”, “Çevrilmiş sinif modeli”, “Qeymifikasiya “, “İnterqrativ metodlar”,  “Projekt əsaslı öyrənmə” kimi yeni üsulların məqsədi və əhəmiyyəti açıqlandı.

Fransız dilini mahnılar vasitəsilə tədris etmək olduqca təsirli, motivasiyaedici və eyni zamanda əyləncəli bir metodik yanaşmadır. Bu metod tələbələrin dinləmə, tələffüz, lüğət və mədəniyyət biliklərini təkmilləşdirməyə kömək edir. Metodun əsas mərhələləri və metodikası haqqında məlumat verildi.

Muəllim həmçinin fransız dilinin tədrisində həm əyləncəli, həm də pedaqoji baxımdan olduqca faydalı vasitələrdən biri olan yanıltmacların istifadəsindən bəhs etdi. Onların əyləncəli və motivasiyaedici mühit yaraqmaqla yanaşı eyni zamanda  tələffüzün , artikulyasiyanındinləmə qabiliyyətinin inkişafında, lüğət bazasının artırılmasında mühüm rol oynadığını vurğuladı. Müxtəlif dil səviyyələri üçün  tətbiq olunan mahnı və yanıltmaclardan nümunələr təqdim etdi.