Kateqoriya Arxivləri: Xəbərlər

Gəncə Dövlət Universitetində “Diferensial öyrənmə mühitinin təşkili” mövzusunda təlim keçirildi

Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsinin və Əlilliyi olan tələbələr üçün Mərkəzin birgə təşkilatçılığı ilə “Diferensial öyrənmə mühitinin təşkili” mövzusunda təlim keçirildi. Təlim pedaqogika üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin müəllimi Lamiyə Hacımuradova tərəfindən aparıldı. Təlimin əsas məqsədi təhsil prosesində tələbələrin fərdi xüsusiyyətlərini, öyrənmə ehtiyaclarını, maraq və qabiliyyətlərini nəzərə alan diferensial yanaşmanın əhəmiyyətini […]

Davamı

Azərbaycan dili kafedrasının dosenti Aidə Həsənovanın “Dil, nitq və kommunikativ məqsəd” mövzusunda elmi-nəzəri seminarı keçirildi

21 oktyabr 2026-cı il tarixində Azərbaycan dili kafedrasının dosenti Aidə Həsənovanın “Dil, nitq və kommunikativ məqsəd” mövzusunda elmi-nəzəri seminarı oldu. Çıxışçı, praqmalinqvistikanın dil vahidlərindən konkret kommunikativ şəraitdə necə istifadəsini araşdıran elm sahəsi olduğunu qeyd etdi və göstərdi ki,tədqiqat obyekti olan nitq aktları nəzəriyyəsinə görə insanlar danışarkən yalnız fikir ifadə etmirlər , həm də müəyyən fəaliyyət […]

Davamı

I Ümumittifaq Türkoloji qurultayın 100 illiyinə həsr olunmuş İntellektual bilik yarışı keçirildi

I Ümumittifaq Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş intellektual bilik yarışı keçirilib. Yarışın əsas məqsədi türkoloji irsin təbliği, Azərbaycan dilinin və türk xalqlarının ortaq mədəni-mənəvi dəyərlərinin tanıdılması, eləcə də tələbələrin bilik və intellektual bacarıqlarının inkişaf etdirilməsi olub. Bilik yarışında ümumilikdə 9 komanda iştirak edib. İştirakçılara I Ümumittifaq Türkoloji Qurultay ilə bağlı mövzuları əhatə edən 24 […]

Davamı

“1960-1980-Cİ İLLƏRDƏ NƏSR VƏ DRAMATUPGİYA. İLYAS ƏFƏNDİYEVİN DRAMATURGİYASI” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

19 oktyabr 2026-cı il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Nazəndə Hacıyevanın Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kursunda Ən yeni Azərbaycan ədəbiyyatı fənnindən “1960-1980-ci illərdə nəsr və dramaturgiya. İlyas Əfəndiyevin dramaturgiyası” mövzusunda keçdiyi açıq dərsi dinlənilmişdir. Dərs Nazəndə Hacıyeva tərəfindən təlimata uyğun formada təşkil olunmuş, fənnə dair tədris resursları qaydalara uyğun şəkildə […]

Davamı

“FONETİK SÖZ YARADICILIĞINDA ANALİTİZM VƏ AQLÜTİNATİVİZM MƏRHƏLƏSİ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

19 oktyabr 2026-cı il tarixində Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin Seçmə fənn “Söz yaradıcılığı”-da “Fonetik söz yaradıcılığında analitizim və aqlütinativizim mərhələsi” mövzusunda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi kurs VI qrup 1,2 açıq dərsi keçirildi.Açıq dərsdə flektiv, aqlütinativ, amorf dillərdən, onların xüsusiyyətlərindən geniş danışıldı. Analiktiklik və flektivliyin daha çox Hind-Avropa dillərinə aid olmasından, analitik […]

Davamı

20 oktyabr Zəngilan şəhəri günüdür

44 günlük Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. 1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb. İyirmi yeddi il davam edən işğal dövründən sonra Prezident, Müzəffər […]

Davamı

Tələbə mütaliə klubu fəaliyyətə başladı

16 oktyabr 2026-cı ildə Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsində fəaliyyət göstərən Tələbə Mütaliə Klubunda 4-cü görüş-bədii əsərlərin müzakirəsi keçirilib.Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması təhlil olunub.Tədbirdə fakültə dekanı Yadigar Əliyev,dekan müavinləri və müəllimlər də iştirak ediblər. Maraqla qarşılanan müzakirə zamanı tələbələr Nizami Gəncəvinin zəngin bədii irsinə, “Xosrov və Şirin” […]

Davamı

Bakalavr səviyyəsi üzrə tələbələrin əvvəlki təhsilinin və kreditlərinin tanınması məqsədilə iclas keçirildi

15 oktyabr 2026-cı il tarixində bakalavr səviyyəsi üzrə tələbələrin əvvəlki təhsilinin və kreditlərinin tanınması məqsədilə yaradılmış komissiyanın məqsəd və vəzifələrinin müzakirəsi iclası təşkil olundu. İclasın sədri Tədris işləri üzrə b/m. Maleykə Aslanova bildirdi ki, komissiyanın iclasında işçi qrupun 9 nəfər üzvündən 9 nəfəri iştirak edir. İclasda yetərsay vardır. Filologiya və xarici dillər fakültəsinə bərpa olunmuş […]

Davamı

Filologiya və xarici dillər fakültəsində “Yumşaq bacarıqların inkişafı” mövzusunda təlim keçirilib

Filologiya və xarici dillər fakültəsi ilə Gənclər İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı və dəstəyi ilə tələbələr üçün “Yumşaq bacarıqların (Soft Skills) inkişafı” mövzusunda təlim keçirilib. Təlimçilər Zinhar Bəbişov və Sevgi Məmmədova tərəfindən keçirilən təlimin əsas məqsədi tələbələrin şəxsi və peşəkar inkişafına töhfə vermək, onların müasir əmək bazarında uğur qazanmaları üçün zəruri olan yumşaq bacarıqlarını […]

Davamı

Metodiki Şurasının növbəti iclası keçirildi

15 oktyabr  2026-cı il tarixdə saat Filologiya və xarici dillər fakültəsi Metodiki Şurasının növbəti iclası keçirilmişdir. Metodiki Şuranın işlasında aşağıdakı məsələlər müzakirə edilmişdir: 1.Mühazirə, seminar, praktik məşğələlərin metodik təmina­tının monitorinqi 2. Açıq dərslərin və qarşılıqlı dərs dinləmələrinin ilkinm qrafikinin təsdiqi 3. Cari məsələ       Mühazirə, seminar, praktik məşğələlərin metodik təmina­tının monitorinqi barədə məlumat verən metodiki […]

Davamı