Müəllif Arxivləri: Reyhan Şəmsizadə
Təlim – “Elmi məqalə necə yazılmalıdır?”
Bu gün Xarici dillər fakültəsində “Elmi məqalə necə yazılmalıdır?” mövzusunda təlim keçirildi. Təlimi Qrammatika və ingiis dilinin tədrisi kafedrasının müəllimi Cəlilova Türkan təşkil etdi. Təlimdə tələbələr məqalənin yazılma qaydaları, strukturu barəsində məlumatlandırıldılar. Məqalə dəqiq strukturlaşdırılmalı, əsas istiqaməti, problemi və mövzu göstərilməlidir, xülasə, açar sözlər, giriş, əsas mətin başlıqlara bölünməlidir; nəticə, ədəbiyyat siyahısı və xarici dillərdə […]
IV kurs tələbəsi Əlizadə Səbinə Qaşqay qızının açıq dərsi
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasının IV kurs tələbəsi Əlizadə Səbinə Qaşqay qızının İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksində 12.04.2023-cü il tarixində 8-ci sinifdə “Give up? Never!” adı altında keçirilən dərs. Metodist Qəhrəmanova Zülfiyyə Sinif müəllimi Cəfərova Xuraman Təcrübəçi Əlizadə Səbinə
“History of newspaper” mövzusunda açıq dərs
Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Məmmədova Süsanə Məqsəd qızının Mətbuat materiallarının tərcüməsi fənnindən Tərcümə II ixtisasında “History of newspaper” və “Qəzetin tarixi” mövzusunda açıq dərsi keçirildi.
Magistratura şöbəsinin Dilşünaslıq ixtisasında təhsil alan Abdullayeva Aytac İlqar qızının açıq dərsləri
Magistratura şöbəsinin Dilşünaslıq ixtisasında təhsil alan Abdullayeva Aytac İlqar qızının 13.03.2023cü il tarixində ‘ Mürəkkəb cümlənin intonasiyasi’ mövzusunda 1ci kurslarda 17.03.2023cü il tarixində “Tabelilik və tabesizlik bağlayıcısı” mövzusunda 1-ci kuslarda 31.03.2023cü il tarixində “Fonologiya və morfologiya” mövzusunda 3-cü kurslarda 12.04.2023cü il tarixində “Sait səslərin təsviri” mövzusunda 3cü kurslarda açıq dərsləri olmuşdur. Açıq dərslərdə elmi rəhbəri […]
Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə pedaqoji təcrübə
10.04.2023/11.04.2023-cü il tarixlərdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəllimi Cəlilova Türkan Müzadil qızının rəhbərliyi ilə IV kurs tələbələri Ramazanova Səbinə və Hökmalıyeva Şuranın 39 saylı tam orta məktəbdə açıq sınaq dərsləri keçirilmişdir.
monitorinq qrupu xarici dillər fakültəsində
10.04.2023-cü il tarixdə Universitet Monitorinq qrupunun üzvləri monitorinq qrupunun rəhbəri, dosent Allahverdi Quliyev olmaqla Xarici dillər fakültəsində, həmin tarixin I saatına aid dərslərdə monitorinq aparmışlar. Dərslər dinlənildikdən sonra həmin dərslərin fakültənin dekanlığında müzakirəsi aparılmışdır. Müzakirədə dərsi dinlənilən müəllimlər iştirak etmiş və monitorinq üzvlərinin suallarını və göstərilən iradları cavablandırmışlar.
tələbələrimiz göygöl rayonunda ekskursiyada
Tələbələrin asudə vaxtlarının səmərli təşkili ilə əlaqədar 07.04.2023-cü il tarixdə TGT və THT -nın təşkilatçılığı ilə Xarici dillər fakültəsinin bir qrup tələbələri Göygöl rayonu “Tarix və diyarşünaslıq muzeyi” və “Bayraq meydanında” ekskursiyada oldular. Muzeydə nümayiş olunan ibtidai icma quruluşundan müasir dövrədək məişət əşyalarının nümunələri, qədim kurqanlarda aparılan qazıntılar zamanı əldə olunan saxsı qablar, qadın bəzək […]
31 saylı tam orta məktəbdə pedaqoji təcrübə
Bu gün Xarici dil müəllimliyi (Alman IV kurs) ixtisasının tələbəsi Əliyeva Maralın Kərimova Vüsalə Ədalət qızının rəhbərliyi ilə “Bədən üzvləri” mövzusunda 31 saylı tam orta məktəbdə açıq sınaq dərsi keçirildi.