Xarici dillər fakültəsində monitorinq

29 mart 2019-cu il tarixdə Xarici dillər fakültəsində Universitetin “Monitorinq qrupu” üzvləri dosent Allahverdi Quliyevin rəhbərliyi altında I növbənin ikinci saatında olan bütün dərslərin monitorinqini aparmışlar. Monitorinqin rəhbəri dərslərin gedişinin müzakirəsi zamanı yoxlamanın nəticələrinin qənaətbəxş olduğunu   bildirdi. Dərslərin gedişinin müzakirəsi müəllimlərin iştirakı ilə aparıldı və onlara lazımi məsləhətlər və tövsiyələr verildi.

Davamı

Dilşünaslıq ixtisası üzrə II kurs magistrı Əliyeva Günay Aydın qızının I kurs İngilis dili müəllimliyi ixtisası üzrə birinci açıq dərsi.

Gəncə Dövlət Universitetinin Dilşünaslıq ixtisası üzrə II kurs magistrı Əliyeva Günay Aydın qızının I  kurs İngilis dili müəllimliyi ixtisası üzrə birinci açıq dərsi. Mövzu: Predicative Constructions with the Participle and the Objective Participial Construction. Feli sifət tərkibləri. İştirak etdi: – Fakültə dekanı dos. Ə.Əsgərov, dos. M. Rəhimov,  f.f.d. E. Atakişiyev,  f.f.d. A. Talıbova Dərs yüksək […]

Davamı

xocalını unutmayaq

Xarici dillər fakültəsində hər il oldugu kimi  Xocalı soyqırımı fakültəmizin müəllim və tələbələri tərəfindən anıldı. Anım mərasimində Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, fakültənin professor-müəllim heyyəti və tələbələr iştirak etdilər. Xocalı qətliamına həsr edilmiş videocarx göstərildi.

Davamı

elmi metodiki şura

15.02.2019-cu il tarixdə Xarici dillər fakültəsində  2018-19-cu tədris ilinin II yarımilinin başlanması ilə əlaqədar Elmi Metodiki Şuranın iclası keçirildi. İclasda fakültədə tədris olunan fənnlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Davamı

20 yanvar qan yaddaşımız

20 yanvar hüzn günü ilə əlaqədar olaraq Xarici dillər fakültəsində tədbir keçirildi. Tədbiri Fakültə dekanı dosent Əjdər Əsgərov açdı. Bir dəqiqəlik sükutla Şəhidlər anıldı. Dosent Mehdi Rəhimov və başqa müəllim və tələbələr çıxış etdilər. Tədbir 20 yanvara həsr olunmuş videoçarxla  yekunlaşdı. Allah bütün Şəhidlərimizə Rəhmət elesin!

Davamı