Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun fakültə akademik heyəti ilə görüşü

  22-25 noyabr 2024-cü il tarixlərində Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov  bütün fakültələr üzrə tədris binalarında olub, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti ilə görüş keçirib. Görüşlərdə bildirilib ki, GDU-nun əsas hədəfi müasir dövrün tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Universitet rəhbərliyi hər zaman tələbələrin yanındadır, tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin məmnunluğunun təmin edilməsi qarşıda duran əsas məsələlərdəndir.

    İclasda rektor Yusif Yusibov fakültələrdə 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan  sessiyasına hazır­lığın vəziyyəti ilə yaxından maraqlanıb, tələbələrin biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi, gələcəkdə neqativ halların baş verməməsi və imtahan suallarının vaxtında tələbələrə çatdırılmasına  dair tapşırıqlar verib.

      İclasda tələbələrin dərslərə davamiyyətinin vəziyyəti, eləcə də müəllim heyətinin əmək intizamı ətraflı müzakirə olunub.

      Qeyd edək ki, universitet rəhbərliyi yaxın günlərdə tələbələrlə görüş keçirəcək. Tələbələrin müraciətləri dinləniləcək və  onların  imtahanlara hazırlıq səviyyəsi öyrəniləcək.