Fakültədə Fənn seçimi davam edir
Xarici dillər fakültəsində növbəti semestrdə tədris olunacaq fənlərin və fənləri tədris edəcək müəllimlərin seçiminə start verildi.
Xarici dillər fakültəsində növbəti semestrdə tədris olunacaq fənlərin və fənləri tədris edəcək müəllimlərin seçiminə start verildi.
23.04.2024-cü il tarixdə M. C. Paşayev adına 39 saylı tam orta məktəbdə Xarici dil kafedrası İngilis dili müəllimliyi ixtisasının IV kurs tələbəsi Küksa Sabinanın açıq sınaq dərsi keçirildi.
19.04.2024-cü il tarixdə Fakultəmizdə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş intelektual bilik yarışı keçirildi. Tələbələr 4 mövzunu – tarixi şəxsiyyət Heydər Əliyev, Dünyagörüşü, Atalar sözləri, Filmlər və musiqilər- əhatə edən sualları cavablandırdılar. Gərgin mübarizədən sonra Xarici dil müəllimliyi ixtisasının I kurs tələbələrinin “Nova” komandası I yerə layiq görüldü. Tərcümə ixtisasının II kurs tələbələrinin […]
Fransız dili kafedrasının müəllimi Fil,f,dok, dos(at-sız) İsgəndərova Vüsalənin Fransız dili ixtisası 2ci kursda “Müqayisəli tipologiya “ fənnindən açıq dərsi keçirilmişdir. Yeni dərsin mövzusu “Müqayisəli dilçiliyin tarixi” olmuşdur. Dərs yüksək səviyyədə və müasir tələblərə uyğun təşkil edilmişdir.
Nigar Rəfibəyli adına 43 nömrəli tam orta məktəbin ingilis dili müəllimi M.Sevincin rəhbərliyi ilə 5a sinfində Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsinin təcrübəçisi Svetlana Hüseynova tərəfindən “Magic of Azerbaijani music” ( Azərbaycan musiqisinin sehri ) mövzusunda İngilis dili fənni üzrə açıq dərs keçirilmişdir.
17.04.2024-cü il tarixdə Xarici dil müəllimliyi (Alman dili) ixtisasının IV kurs tələbəsi Hacıyeva Lamiyə Rizvan qızının 31 saylı tam orta məktəbdə “Die Mode” mövzusunda açıq sınaq dərs keçirildi. Dərsdə iştirak etdilər: Fakültə dekanı dosent Əsgərov Əjdər, Alman dili kafedrasının müdiri dosent Atakişiyev Elvin, 31 saylı məktəbin direktor muavini Qurbanov Elçin, Alman dili muəllimi Hacıyeva Pərvanə
16.04.24-cü il tarixdə Fransiz dili kafedrasının baş müəllimi Ruqiyə Orucovanın Xarici dil müəllimliyi (İngilis) II kuslarda “Helen və onun bacısı Valeri” mövzusunda açıq dərs keçirilmişdir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi çərçivəsində 4 günlük təlim kursu baş tutub. Layihə çərçivəsində müəllimlərimiz regionda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bacarıq […]