Fakultəmizdə müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev – Ulu Sərkərdə” adlı tədbir keçirilib. Əvvəlcə ulu öndərin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva Ulu öndərin dövlətçilik tariximizdəki yeri və mövqeyi ilə bağlı çıxış edib. Xarici dillər fakultəsinin dekanı Əjdər Əsgərov və Filologiya fakultəsinin dekan Zakir Ələsgərov Ümummilli Lider Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs ediblər. Tələbələr “Heydər Əliyevlə 21 sual cavab” kompozisiyası ilə çıxış edib, müxtəlif məzmunlu şeirlər səsləndiriblər.