Fransız dili kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru İsgəndərova Vüsalə davamlı olaraq Fransa resbublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan-Fransız institunun təşkilatçılığı ilə keçirilən stajlarda təkmilləşmə kursları keçmişdir..Və artıq 1ildirki, Fransa Təhsil Nazirliyinin rəsmi olaraq “DELF-DALF imtahanlarının A1,A2,B1,B2” səviyyələri üzrə imtahan götürən-korrektorudur.Bunun ardı və nəticəsi olaraq imtahanların payız sessiyasına səfirliyin universitetə yolladığı məktub ilə 18-30 noyabr tarixlərində Vüsalə müəllimə dəvət olunmuşdur.Qeyd edək ki, DELF-DALF imtahanları fransız dil bilik səviyyəsinin qiymətləndirilməsi üçün bütün dünyada ildə 4dəfə keçirilən beynəlxalq fransız dili imtahanıdır.
Həmçinin yaxın aylarda Vüsalə müəlliməmin apardığı tərəfdaşlığın nəticəsi olaraq,universitetimizin Fransa universitetləri ilə mühüm mübadilə proqramına qoşulmağı nəzərdə tutulur.
Vüsalə müəllimə peşəkar tərcüməçi
24-25-26.11.2021-ci il tarixlərində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən Nizami Gəncəvi İli çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) baş tutmuşdur.15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri təmsil olununan forumda İsgəndərova Vüsaləyə fransız alimlərinin ikitərəfli sinxron tərcüməçiliyi və Parisdə çap olunan Nizami Gəncəvinin fransız dilində qəzəlləri kitabının təqdimatı həvalə olunmuşdur.
Ən maraqlı çıxışlardan Fransadan təşrif buyuran “Fransada müsəlmanlar”jurnalının redoktor heyəti, nizamişünas alimlər Jan-Mişel Brən,Kərim İfrakın çıxışları olub. Etdikləri araşdırma və sağlam mənbələrə dayanaraq nəyinki şərq dünyasının və ədəbiyyatının,hətta bütün qərb mədəniyyətinin Nizami Gəncəvi yaradıcılığından bəhrələndiyini vurğulamışlar. 17-18-ci əsrlərdə müasir Fransa cəmiyyətinin əsasını qoymuş Maarifçilər cərəyanının təməl fikirləri məhz Nizami Gəncəvidən ilhamlanmışdır.Bərabərlik,qardaşlıq və azadlıq devizləri,ideal cəmiyyət quruluşu,qadınların azadlıq hüququ,dinlər arasında ayrı-seçkilik və bunu kimi bir çox humanist məsələlər hələ 12-ci əsrdə Nizami Gəncəvinin əsəsrlərində çox aydın və detallı şəkildə özünü tapmışdır.5 əsr sonra məhz bu fikirlər əsasında ideal cəmiyyət quruluşunu fransız maarifçiləri Didero,Volter,Russo,Monteskiyö və digərləri yaratmağa çalışmışdlr.Əlbəttəki bu irfani fikirlərə ancaq Nizamini oxuyaraq gəlmək olar.