ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ

Qarabağ bizi intiqama çağırır. Qarabağımız dardadır, bizi səsləyir, bizi gözləyir, bizdən kömək diləyir. Bu torpaq yad əlləri, yad nəfəsləri, yad dilləri qəbul edə bilmir. Bu torpaq indi doğma dildən çıxan bircə “Vətən” kəlməsinə həsrətdir. Bizdə bu ulu torpağın həsrətindəyik. Biz bu torpağı düşmən tapdağı altında qoya bilmərik.
Bizim hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Biz inanırıq ki, qeyrətinə arxalandığımız, ümidmizi bağladığımız igid oğullarımız bizi bu bəladan xilas edəcəkdir. Biz inanırıq ki, həmin şad günü həsrətlə gözləyən, qələbə sevincini yaşamaq istəyən  arzularımız gerçəkləşəcək, Qarabağ həsrətimizə son qoyulacaqdır.