“Küləklə sovrulanlar” mövzusunda açıq dərs

“Küləklə sovrulanlar” mövzusunda açıq dərs

24.02.2026 – cı il tarixdə Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Mədinə Rzayevanın Xarici dil bacarıqları fənnindən “Küləklə sovrulanlar”mövzusunda Xarici dil müəllimliyi 3-cü kursda açıq dərsi keçirildi.

Bu dərsin məqsədi tələbələrdə səlis nitq vərdişlərini aşılamaqdır. Açiq dərs su çərşənbəsinə təsadüf etdiyinə görə, tələbələr və müəllim arasında Novruz adət-ənənələri haqqında mini dialoq, təqdimat və video slayd nümayiş olundu.

Əvvəlki dərsin müzakirəsi. Dinləyib-anlama, danışma, oxu və yazı kimi bacarıqları nümayiş etdirməsi. Yeni dərsin əsas məqamlarının, o cümlədən standartların , məqsəd və vəzifələrin izah edilməsi, ilkin biliklərin formalaşdırılması və məcazi dil ilə bağlı əsas lüğət təqdim edilməsi oldu.

Müəllim əvvəlki dərsi xatırladaraq onu ev oxusu mövzusu ilə əlaqələndirir. Tələbələr əsərdəki yeni sözlərlə tanış olur,onları cümlədə işlədir və suallara cavab verirlər. Sonra əsərdəki obrazları tələbələr canlandırır və səhnələşdirirlər.

Müəllim yeni dərs “Thomas Gainsborough” haqqında həm şifahi həmdə video-slayd şəklində  məlumat verir. Yeni sözlər (topical vocabulary) elektron lövhədə yazılaraq və misallar gətirilərək tələbələrə təqdim olunur. Aydın nümunələr mövzunun daha asan və maraqlı şəkildə qavramasını təmin edir. Sonda müəllim tələbələri layiqli şəkildə qiymətləndirir.