İngilis Dilinin Tədrisində İnnovativ Yanaşmalar” mövzusunda seminar

24.02.2026 – cı il tarixdə Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Gülnarə Nəsibovanın “İngilis Dilinin Tədrisində İnnovativ Yanaşmalar” mövzusunda seminarı keçirildi.

Bu seminarın əsas məqsədi ingilis dilinin tədrisində müasir kommunikativ metodların və texnoloji vasitələrin birgə tətbiqinin elmi və praktik əsaslarını izah etməkdir.Bu mövzuda ingilis dilinin tədrisində innovativ yanaşmaların, xüsusilə kommunikativ metodların və texnologiyanın inteqrasiyasının tələbələrin dil bacarıqlarının inkişafına necə təsir göstərdiyindən danışılır. Yəni burada əsas diqqət ənənəvi, müəllim mərkəzli tədris modelindən daha müasir və tələbə mərkəzli yanaşmaya keçidin izahına yönəldilir. İzah olunur ki, kommunikativ metodların məqsədi yalnız qrammatik qaydaları öyrətmək deyil, dili real ünsiyyət vasitəsi kimi istifadə etməyi formalaşdırmaqdır. Eyni zamanda, texnologiyanın tədris prosesinə inteqrasiyası müasir dövrün tələbi kimi təqdim olunur. Açıqlanır ki, onlayn platformalar, mobil tətbiqlər və rəqəmsal resurslar tələbələrin müstəqil öyrənmə imkanlarını genişləndirir. Əlavə olaraq, autentik materiallardan istifadənin tələbələri real dil mühitinə yaxınlaşdırdığı əsaslandırılır.Texnologiyanın qiymətləndirmə prosesinə də təsir etdiyi və formativ qiymətləndirmə imkanlarını artırdığı vurğulanır. Yekun olaraq, innovativ və texnologiyaya əsaslanan kommunikativ tədris modelinin ingilis dili üzrə yüksək səviyyəli dil səlahiyyətinin formalaşmasına mühüm töhfə verdiyi qənaətinə gəlinir.

Nəticə etibarilə, seminar müasir dil tədrisinin tələblərinə cavab verən, innovativ və praktik yanaşmaları ilə uğurlu hesab edilə bilər.