Gəncə şəhər N.A.Nekrasov adına 19 nömrəli tam orta məktəbdə ustad dərsi keçirilmişdir.

Gəncə Dövlət Universitetində son illər ərzində aparılan səmərəli tədris, elmi- tədqiqat, tərbiyə işlərinin, beynəlxalq əlaqələrin şəhərimizin ümumtəhsil məktəblərində təbliği ilə əlaqədar olaraq 09. 02. 2026 – cı il tarixdə Gəncə şəhər N.A.Nekrasov adına 19 nömrəli tam orta məktəbində Filologiya və Xarici dillər fakültəsinin Praktik xarici dillər kafedrasının müəlliməsi Elzanə Musayevanın “Müasir dövrdə ingilis dilinin əhəmiyyəti” mövzusunda ustad dərsi keçirilmişdir.

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, N.A.Nekrasov adına 19 nömrəli tam orta məktəbin direktoru Yasin Məmmədov, direktor müavini Xaspolad Məmmədov, Praktik xarici dillər kafedrasının müdiri dosent Zahirə Əliyeva, kafedranın müəllimləri və yuxarı sinif şagirdləri iştirak edirdilər.

Mərurəziçi Elzanə Musayeva çıxışında İngilis dilinin əhəmiyyətindən geniş şəkildə bəhs etdi. İngilis dili müasir dövrdə ünsiyyətin, təhsilin, texnologiyanın, qlobal əməkdaşlığın, internetin dilidir. İngilis dilinin öyrənmə metodları: dinləmə, oxu, danışıq, yazı, lüğət və qrammatika haqqında şagirdlərlə ətraflı məlumat verdi, qarşılıqlı sual cavab edildi.

Dərs yekunlaşdıqdan sonra şagirdləri maraqlandıran suallara məruzəçi tərəfindən ətraflı məlumat verildi və xatirə şəkilləri çəkildi.