“Interaktiv fəaliyyətlər vasitəsilə danışıq bacarıqlarının inkisaf etdirilməsi ” adlı seminar keçirildi

Leksika ve olkesunasliq kafedrasının müəllimi Mujgan Musayevanın elmi metodiki seminarı keçirildi.

05.02.2026 tarixində müəllimlərin istiraki Ilə “Interaktiv fəaliyyətlər vasitəsilə danısıq bacarıqlarının inkisaf etdirilməsi ” adlı seminar oldu. Seminarın esas məqsədi ingilis dilində danışıq bacarıqlarının inkişaf etdirilməsində interaktiv fəaliyyətlərin rolunu vurğulamaq, müəllimlərə praktik və effektiv metodlar təqdim etmək olmuşdur.

Seminar zamanı danışıq bacarığının təbiəti, interaksiyanın əhəmiyyəti və kommunikativ yanaşmanın əsas prinsipləri izah edilmişdir. Pair work, group work, role-play, müzakirə və oyun əsaslı fəaliyyətlərə dair nümunələr təqdim olunmuş, bu fəaliyyətlərin dərsdə necə tətbiq edilə biləcəyi əyani şəkildə nümayiş etdirilmişdir.

Seminar zamanı təqdimat slaydları, speaking kartları, mini role-play tapşırıqları və interaktiv sual-cavab üsullarından istifadə olunmuşdur. Seminar interaktiv formatda keçirilmiş, iştirakçıların fəal iştirakı təmin edilmişdir.

Seminar iştirakçılarda danışıq dərslərinə marağı artırmış, interaktiv fəaliyyətlərin tələbələrin motivasiyasına və danışıq səlisliyinə müsbət təsiri vurğulanmışdır. Təqdim olunan metodların dərs prosesində effektiv şəkildə tətbiq oluna biləcəyi qənaətinə gəlinmişdir.