Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra gənclərə həsr edilən videoçarx nümayiş olunub.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin tarixindən, gənclərin aparıcı qüvvə kimi formalaşmasında dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb. Bildirib ki, məhz Ümummilli Lider Heydər Əliyevin müdrikliyi və uzaqgörən siyasəti sayəsində gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlar, dövlət proqramları qəbul edilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncliyi ölkənin iqtisadi və intellektual gücünün aparıcı qüvvəsidir.
GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışında bildirib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlət gənclər siyasəti gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.
GDU Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinin uğurla davam etdirilməsi gənclərdə böyük ruh yüksəkliyi və işıqlı sabahımıza dərin inam yaradır.
Tədbirdə təhsildə və ictimai işlərdə fərqlənən GDU-nun bir qrup tələbəsinə Fəxri fərman təqdim edilib.
Tələbələr onlara göstərilən diqqətə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova minnətdarlıqlarını bildiriblər.
Gəncə Dövlət Universitetində 2 Fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə fakültəmizin tələbələri Məmmədova Sevgi Ramil qızı , Məmmədova Nəzrin Fəxri qızı, Abbasova Nərmin Rüfət qızı iştirak etmişlər.


