



6 noyabr 2025-ci il tarixində Xarici Dillər Fakültəsinin Leksika və Ölkəşünaslıq kafedrasının baş müəllimi Əhmədova Vüsalə Zirəddin qızı tərəfindən İngilis dili müəllimliyi ixtisasının IV kursunda “Dil bacarıqları” fənnindən açıq praktik məşğələ dərsi keçirilmişdir. Dərsin mövzusu “L. P. Hartley. Text: W. S.” olmuşdur.
Dərsin əsas məqsədi tələbələrdə düzgün danışıq bacarıqlarının formalaşdırılması, yeni sözlərin kontekstdə mənimsədilməsi, mətn üzərində analitik düşünmə vərdişlərinin inkişaf etdirilməsi və əldə olunan biliyin praktik tətbiqinə şərait yaratmaq idi.
Dərs zamanı tələbələr mövzuya dair qrup işi təqdim etdilər. Mətnin süjeti, obrazların psixoloji xüsusiyyətləri, müəllifin yazı üslubu və ideya-bədii xüsusiyyətləri müzakirə olundu. Tələbələr personajların xarakter analizi və mətnin əsas məğzi ilə bağlı çıxışlar etdilər. Daha sonra mətn əsasında dialoq və rollu oyun təşkil edildi.
Mətn üzərində işləyərkən tələbələr yeni leksik vahidləri təhlil etdi, ifadələri tərcümə etdi və slayd vasitəsilə təqdimat hazırladılar. Müəllim tələbələrlə danışıq məşqi apardı, əvvəlki dərsə aid ev tapşırıqları yoxlanıldı, səhvlər izahlı şəkildə şərh olundu.
Sonra müəllim yeni mövzu ilə əvvəlki dərs arasında əlaqə yaradaraq izahı öncədən hazırlanmış slaydın köməyi ilə təqdim etdi. Yeni mövzunun möhkəmləndirilməsi məqsədilə tələbələr qruplara bölündü və müzakirə xarakterli fəaliyyətlər yerinə yetirildi.
Sonda tələbələrin bilik və bacarıqları qiymətləndirildi və növbəti dərs üçün ev tapşırığı verildi.