“Dəniz platformasında iş, təbii qaz istehsalı və qaz emalı zavodları “ mövzusunda açıq dərs

07.11. 2025-ci il tarixində Xarici Dillər Fakültəsinin Leksika və Ölkəşünaslıq kafedrasının müəllimi Musayeva Müjgan Rüstəm qızı tərəfindən Tərcümə ixtisasının IV kursunda “Neft və qaz terminlərinin tərcüməsi ” fənnindən açıq praktik məşğələ dərsi keçirilmişdir. Dərsin mövzusu “Dəniz platformasında iş,təbii qaz istehsalı və qaz emalı zavodları “ olmuşdur.
Dərsin əvvəlində “8 noyabr Zəfər günü” ilə bağlı şəhidləri yad etdik. Qəhrəman şəhidimiz Yüksəl Əlizadə haqda qisa məlumat verdim.Daha sonra bütün şəhidlərimiz üçün bir dəqiqəlik sükut elan etdik .Onların əziz xatirəsini yad etdikdən sonra isə dərsə başlayıb mövzu üzrə danışdıq.
Dərsin məqsədi tələbələrə dənizdə fəaliyyət göstərən neft-qaz platformaları və qaz emalı zavodları haqqında bilik vermək,təbii qazın istehsalı və əhəmiyyəti haqqında məlumat qazandırmaq,texniki və ekoloji mövzular üzərindən oxu və yazı bacarıqlarını inkişaf etdirmək,təhlükəsizlik qaydaları və ətraf mühitin qorunması barədə danışıq bacarığını artırmaq,enerji və sənaye ilə bağlı yeni söz ehtiyatını mənimsətməkdən ibarətdir.
Dərsdə tələbələr dəniz platformaları, qaz zavodları və Azərbaycanda neft-qaz sənayesinin tarixi barədə səkil üzrə danışdılar.Təbii qazın dünya üçün əhəmiyyəti və Heydər Əliyevin bu sahənin inkişafındakı rolu müzakirə edildi.Tələbələr Bakı-Tibilisi-Ceyhan neft ,Baki-Tibilisi-Ərzurum qaz boru kəmərlərinin çəkilişi,təbii qazın istehsalı barədə şəkil üzrə verilən suallara cavab olaraq ətraflı danışdılar.
Leksik iş olaraq pipeline (boru xətti), safety rules (təhlükəsizlik qaydaları), protective equipment (mühafizə vasitələri), pollution control (çirklənmənin qarşısının alınması), environmental safety (ekoloji təhlükəsizlik) kimi terminlər və bunlarla bağlı ifadələr izah olundu və cümlələrdə işlədildi.
Danışıq fəaliyyəti üçün tələbələr “Növbə başlamazdan əvvəl təhlükəsizlik iclası” adlı dialoqu səhnələşdirdilər.Rollar: Murad (işçi) və Ayxan (təhlükəsizlik üzrə mütəxəssis).
Onlar təhlükəsizlik və ekoloji məsuliyyət barədə dialoq şəklində danışdılar.
Yazı işi olaraq tələbələr “Təbii qazın çıxarılması və çatdırılması prosesi” mövzusunda 5–6 cümləlik yazı yazdılar.Mətnlərdə düzgün terminlər və sadə qrammatik strukturdan istifadə edildi. Tələbələrdən biri Gülyaz terminləri lövhədə yazdı və izah etdi.Digər tələbələr isə cütlük şəklində onlara verilmiş yazı tapşırığını yerinə yetirdilər.
Müzakirə olaraq isə”Dənizdə işləməyin üstünlükləri və çətinlikləri “mövzusunda müzakirə aparıldı.Tələbələr iki qrupa ayrılaraq qrup işi olaraq öz fikirlərini və həyat nümunələrini paylaşdılar.
Daha sonra isə Mən,dəniz platformalarının iş prinsiplərini, qaz emalı zavodlarının funksiyalarını və təhlükəsizlik qaydalarının vacibliyini izah etdim.
Sonda tələbələrin biliyi verilən suallara cavablarına və dərsdə aktiv iştiraklarına uyğun olaraq qiymətləndirildi.