“Dil öyrənmədə oxuyub-anlamanı formalaşdıran üsullar” adlı təlim

Dil öyrənmədə oxuyub-anlamanı formalaşdıran üsullar adlı təlim praktik nümunələr əsasında keçirilib.

19.05.2025-ci il tarixdə Gəncə Dövlət Universitetində “Dil öyrənmədə oxuyub-anlamanı formalaşdıran üsullar” mövzusunda təlim baş tutub. Alman dili kafedrasının baş müəllimi Qasımova Gözəl Telman qızı tərəfindən aparılan təlimdə oxuyub –anlamanı formalaşdıran   müasir təlim üsullarından   bəhs olunub, eləcə də, Alman dilində oxuyub – anlama bacarıqlarının inkişafına xidmət edən  innovativ təlim üsullarının tətbiqindən bəhs etmişdir.

         Təlimdə təqdim olunan müasir təlim üsulları auditoriyanın marağına səbəb olmuşdur.