06 may 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin akademik heyəti üçün dörd moduldan ibarət olan “Rus dilində isimlərin hallanması” adlı təlim proqramının ilk mərhələsi baş tutdu. Proqramın birinci modulu “Rus dilinin üç hallanma növləri ilə tanışlıq” adlı ilk modulunun təqdimatı. Rus dili kafedrasının dosenti Əliyeva Sevda tərəfindən icra olundu.
Modula daxildir:
- Sözləri hallanma növünə görə düzgün seçmə bacarığını əldə etmək
- Sözləri tək və cəm halda istifadə etmək bacarığı
Təlimin məqsədi
İştirakçılar rus dilində sözlərin tək və cəm halda istifadəsini və hallanma növlərini düzgün təyin etmək bacarığını əldə etməklə danışıq zamanı praktik fəaliyyətdə sözlərdən düzgün istifadə etmək bacarığını əldə edəcəklər.
Təlimin metodologiyası
- İnteraktiv diskussiya
- Praktik tapşırıqlar
- Rəy sorğuları
- Müzakirələr
Təlim saat 1200 -1300 zaman müddətində əyani formada GDU-nun V korpusunda 201-ci otaqda keçiriləcək iştirakçıların rus dilində sözlərdən düzgün istifadə etmək bacarığını mənimsəmələri ilə nəticələndi.
Təlimin yekununda iştirakçılar mövzuya olan maraqlarını bildirərək onun davamlı olmasını arzuladılar. Onların aktivliyi təlimi daha canlı və əyləncəli keçməsinə səbəb oldu. Təlimlər may ayı müddətində daha üç modulun təlimi ilə davam etdiriləcək.





