Kateqoriya Arxivləri: Xəbərlər

9 may qələbə günü

Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin […]

Davamı

“Intonation of Alternative and Disjunctive question” mövzusunda açıq dərs keçirildi

03.05.2023-cü il tarixdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəllimi Babayeva Aytənin İngilis dilinin kommunikativ fonetikası fənnindən Xarici dil müəllimliyi (İngilis) I kurslarda “Intonation of Alternative and Disjunctive question” “Seçmə və ayırıcı sualların intonasiyası” mövzusunda açıq dərs keçirildi.

Davamı

Tələbələrimiz təbiətin qoynunda

Tələbə Həmkarlar Təşkilatı tərəfindən Xarici dillər fakültəsinin tələbələrinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə gəzinti təşkil olunmuşdur. Tələbələrimiz “Heydər Əliyev” parkının meşəliyində toplanmış, müxtəlif əyləncəli oyunlar oynamışdılar. Belə görüşlər tələbələr arasında əməkdaşlığın, fikir mübadiləsinin genişlənməsində mühüm rol oynayır.

Davamı