“Öyrənənlərin ehtiyacları” Mövzusunda açıq dərs

16.10.25-ci il tarixdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Zümrüd Rzayevanın açıq dərsi keçirildi.

Fənn “Xarici dilin tədrisinin müasir problemləri”

Mövzü – “Öyrənənlərin ehtiyacları”

Dərsin sonuna tələbə “Learner needs” mövzusunu öyrənərkən fərqli öyrənən ehtiyaclarını müəyyən etməyi öyrənir. O, bu ehtiyacların yaşa, təcrübəyə, məqsədlərə və öyrənmə kontekstinə görə necə dəyişdiyini başa düşür. Eyni zamanda, dərs planlaşdırmasında, sinifin idarə olunmasında və tədris strategiyalarının qurulmasında bu ehtiyacların nəzərə alınmasının vacibliyini anlayır. Tələbə öz fərdi öyrənmə ehtiyaclarını təhlil edir və bu ehtiyacların onun motivasiyasına və dil öyrənmə prosesindəki inkişafına necə təsir etdiyini dərk edir.

Dərsin keçilmə metodu/strategiyası: Müzakirə, təqdimat, qrup müzakirəsi və fərdi yazılı tapşırıq vasitəsilə məlumatların mənimsənilməsi.

Dərsdə bütün tələbələr aktiv şəkildə iştirak etdilər.