Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq” qrupu Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində

Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq” qrupu 30 sentyabr 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində oldular.

1. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq mexanizminin formalaşdırılması”prosesilə  bağlı fakültələrdə və kafedralarda mövcud vəziyyətin təhlili, may-iyun aylarında monitorinq qrupu olaraq bütün fakültələrdə ixtisaslar üzrə problemlə bağlı baxış keçirilmiş, müvafiq metodik tövsiyələr verilmişdir.

22-30 sentyabr 2025-ci il tarixindən müəyyən irad və tövsiyələrin aradan qaldırılması və icrası üçün görülən tədbirləri yenidən müşahidə etmək üçün uyğun ixtisaslarda monitorinq aparıldı. Nəticələr müsbətdir. Yeni təkliflərimizi  və nəticəni konkret ünvanlarla hesabata əlavə edirik.

2. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə dair təlimatlandırıcı sənədlərin təkmilləşdirilməsi” fakültələrdə və kafedralarda mövcud vəziyyətin təhlili, proseslə bağlı maraqlı tərəflərin rəylərinin toplanması  vəziyyətinin müzakirəsi və qarşıda duran vəzifələr – kimi məsələlərlə bağlı Sədr Allahverdi Quliyev və qrup üzvləri  22-30 sentyabr 2025-ci il tarixlərdə   kafedralarda , eyni zamanda  müxtəlif  kurslar üzrə  təlim prosesində müəllim və tələbələrlə təkrar məqsədyönlü görüşlər keçirildi.  Görüş  zamanı  qeyd  olunan  məsələlər, aşkar  olunan  nöqsanlar və onların aradan  qaldırılmasının yolları fakultə dekanı və kafedra müdirləri ilə birlikdə müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi.