“Urbanization -Urbanizatsiya                       English around the Globe- Dünyada ingilis dili”mövzusunda açıq dərs

İxtisas: Xarici dil müəllimliyi IVkurs

Fənn: Xarici dil bacarıqları

Mövzu: Unit 1- Grammar-Qrammatika: Continuous Tense forms-Davamedici zaman formaları

Text -Mətn:    Urbanization -Urbanizatsiya
                       English around the Globe- Dünyada ingilis dili

          Dərs zamanı tələbələr mövzuya aid şifahi və yazılı çalışmalar işlədilər. Davamedici zaman formaları müzakirə olundu və mövzuya aid çalışmalar işlənildi, həmçinin tələbələr mövzuya aid cümlələr yazdılar. Urbanizatsiya adlı mətn tələbələr tərəfindən təhlil olundu və tələbələrdən bir neçəsi mövzu ətrafında geniş şəkildə danışdı. Daha sonra isə, ingilis dilinin dünya dili olması haqqında danışıldı və eyni adlı mətn tələbələr tərəfindən müzakirə olundu. Dərsdə tələbələr çox fəal iştirak etdilər. Açıq dərs zamanı mətnlərlə yanaşı tələbələrin dil bacarıqlarını artırmaq məqsədi ilə gündəlik mövzular geniş şəkildə yer verilərək müzakirə olundu. Tələbələrin hər biri öz fikirlərini  tam sərbəst şəkildə ingilis dilində ifadə edə bildilər.