Müəllif Arxivləri: Reyhan Şəmsizadə

DAAD-nin yeni yay təhsil təqaüdləri

DAAD dünyanın ən böyük təqaüd təşkilatıdır. Demək olar ki, 14 ilə yaxındir bizim universitetlə əməkdaşlıq edir. Bu ildə ənənəyə sadiq qalaraq imtahanda tələbələrimiz iştirak edib. Aşagıdakı tələbələr sertifikat qazanmışlar: Avazlı Mədinə-B1 III kurs Məmmədova Aysel- B1 III kurs Daşdıyeva Elanə -B1 III kurs Alman dili üzrə III kurs tələbəsi Qasımova Jalə müsabiqənin qalibi olmuşdur. Almaniyada […]

Davamı

“Gələcək bizi təəccübləndirəcək” mövzusunda açıq dərs

Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Süsanə Məmmədovanın Xarici dil bacarıqları fənnindən xarici dil müəllimliyi (İngilis II) ixtisasında“Gələcək bizi təəccübləndirəcək” mövzusunda açıq dərsim keçirilmişdir. Dərsdə gələcəkdə texnologiya, tibb sahələrində olacaq yeniliklərdən, 2030-cu illərin sonunda kosmik turizmin mümkün olacağı və robotların insanlardan daha bacarıqlı və ağıllı olacağından söhbət açılmışdır. Həmçinin, son dövrlərdə ölkəmizdə və bütün dünyada istifadə […]

Davamı

“Kredit sisteminin təşkili haqqında” təlim

02.04.2025 ci il tarixində Xarici dillər fakültəsi 1 ci kurs ingilis dili müəllimliyi ixtisasına tyutor Hətəmova Ulduz tərəfindən, 2-ci kurs ingilis dili müəllimliyi ixtisasına tyutor Aytən Bayramova, tərəfindən, 3 cu kurs alman dili muəllimliyi ixtisasına tyutor Nazilə Musayeva tərəfindən, “Kredit sisteminin təşkili haqqında” təlim keçirildi. Təlimdə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi […]

Davamı

Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir

2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış qələbə Ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi Azərbaycan Ordusunun parlaq tarixi Qələbələrindən biri olan şanlı Aprel döyüşlərindən yeddi il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə […]

Davamı

31 Mart Soyqırımı Xalqımızın qan yaddaşıdır

Gəncə Dövlət Universitetinin beşinci tədris korpusunda Xarici dillər və Filologiya fakültələri birlikdə 31 Mart Soyqırım gününə həsr olunan tədbir keçiriblər.  Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə […]

Davamı

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.  Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, […]

Davamı

Novruz bayramınız mübarək

18.03.2025-ci il tarixdə Xarici dillər fakültəsinin tələbələri Azərbaycanın tarixi bayramlarında olan Novruz bayramını təntənəli şəkildə qeyd etdilər. Tədbiri giriş sözü ilə GDU-nin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açdı. Tələbələrin hazırladıqları “Ulduz falı və Keçəl”, “Məşədi İbad” səhnəcikləri böyük maraqla izənildi. “Arşın mal alan” rəqsi Alman dili ixtisasının 1-ci kurs tələbələri tərəfindən hazırlanmışdı. İngilis dili […]

Davamı

Keyfiyyət təminatı və qiymətləndirmə komissiyasının nəzdində yaradılmış Beynəlmiləlləşmə fəaliyyətinin monitorinq və qiymətləndirilməsi űçűn işçi qrupun iclasları keçirilib

14 mart 2025-ci il və 19 mart 2025-ci il tarixlərində Keyfiyyət təminatı və qiymətləndirmə komissiyasının nəzdində yaradılmış Beynəlmiləlləşmə fəaliyyətinin monitorinq və qiymətləndirilməsi űçűn işçi qrupun iclasları keçirilmişdir. Gűndəlikdə bir məsələ nəzərdə tutulmuşdur. Beynəlmiləlləşmə fəaliyyətinin monitorinq və qiymətləndirilməsi űçűn işçi qrupun hazırladığı iş planının műzakirəsi və təsdiqi.İşçi qrupun űzvlərindən M.H.Bağırova, S.Q.Əliyeva və P.V.Nəbiyeva çıxış edərək öz […]

Davamı

Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə açıq sınaq dərsi keçirildi

14 mart 2025-ci il tarixdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasına təhkim olunmuş, IV kurs tələbəsi Zeynəb İsazadənin pedaqoji təcrübə keçdiyi 39 saylı tam orta məktəbdə 7-ci sinif şagirdlərinə, açıq sınaq dərsi olmuşdur. Dərsin mövzusu “Əbədi dostluq” idi. İsazadə Zeynəb mövzu ilə əlaqəli maraqlı videolar təqdim etdi. Şagirdlər öz dostları haqqında maraqlı təqdimatlar hazırlamışdılar. Sınaq […]

Davamı

Növbəti fakültə elmi şurası

GƏNCƏ   DÖVLƏT   UNİVERSİTETİ XARİCİ   DİLLƏR  FAKÜLTƏSİ  ELMİ ŞURASININ 2024/2025 TƏDRİS İLİNƏ AİD 07  SAYLI   İCLAS PROTOKOLU 14.03.2025-ci il Saat 1200   Gündəlik məsələlər 1. Fakültənin “Xarici dil müəllimliyi (ingilis, alman, rus, fransız,”, “Tərcümə (ingilis) ixtisaslarında VIII semestrlər üçün tədris planlarına daxil edilmiş təcrübələrin icrası üçün görülən tədbirlər 2.Yekun Dövlət attestasiyasına hazırlıq işlərinin icra vəziyyəti 3.Fakültədə […]

Davamı