Gəncə Dövlət Universitetinin Tələbələri “GreenTech II” Müsabiqəsində Uğur Qazanıblar
17 aprel 2025-ci il tarixində Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən “GreenTech II” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin final mərhələsi baş tutub. Yarışmada Gəncə Dövlət Universiteti üç komanda ilə təmsil olunub. Sevindirici haldır ki, universitetimizi təmsil edən komandalar arasında yalnız “Liquid Tree (Liquid3)” komandası […]









