Məmmədova Nigar Elçin qızı
Məmmədova Nigar Elçin q.
Qısa bioqrafiq məlumat:
1994-cü il 23 fevralda Gəncə şəhərində anadan olmuşdur. 2000-2011 – ci illərdə Gəncə şəhər fizika – riyaziyyat təmaüllü 27 saylı liseydə təhsil almışdır və həmin liseyi bitirmişdir. Ailəlidir. İki övladı var.
Təhsili, elmi dərəcəsi və elmi adı
2011-2015- ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili Müəllimi ixtisasını bitirmişdir.
2016-2018 –ci illərdə Gəncə Dövlət Universitetinin İbtidai sinifdə Metodika və Metodologiya ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyəti:
2015-2016 – cı illərdə Gəncə şəhəri Tiamo MMC təhsil müəssiəsində ingilis dili müəllimi vəzifəsində işləmişdir.
2019- 2021 – ci illərdə MİQ imtahanından təyin edilərək Gəncə şəhər V. Veysəlov adına 30 № li məktəbdə ingilis dili müəllimi vəzifəsində işləmişdir.
2021-ci ildən Gəncə Dövlət Universitetinin Praktik Xarici Dillər kafedrasında İngilis dili müəllimi işləyir.
Beynəlxalq Seminar, Simpoziyum və Konfranslarda iştirakı:
2022- ci ilin Noyabr ayında Türkiyədə Kars Universitetində “Turks’ Victory from Chanakkale to Karabakh” adlı XXXII Beynəlxalq Elmi Simpoziumda iştirak etmişdir.