Dekan

Filologiya və Xarici dillər fakultəsinin dekanı- Yadigar Vəli oğlu Əliyev

1969-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1975-1985-ci illərdə Gəncə şəhəri 28 saylı orta məktəbdə oxumuşdur. 1993-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1994-1996-cı illərdə BDU-nun türkologiya kafedrasının aspirantı olmuşdur. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Filologiya elmləri doktorudur. 1999-cu ildə “Qədim türk (runik) yazılı abidələrinin dili dialektfövqü (ədəbi) hadisə kimi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası, 2011-ci ildə “Qədim türk ədəbi dilindən orta əsrlər türk ədəbi dilinə (türki) keçid dövrü” mövzusunda elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir.

2001-ci ildən GDU-da fəaliyyət göstərir. 2001-2011-ci illərdə Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasında müəllim, dosent, 2011-2013-cü illərdə Gəncə Dövlət Universitetində Filologiya fakültəsinin dekanı, 2013-cü ilin fevral-dekabr aylarında Gəncə Dövlət Universitetinin rektoru vəzifələrində işləmişdir. 2014-2019-cu illərdə Azərbaycan dili kafedrasında professor əvəzi, 2019-2026-cı illərdə Azərbaycan dili kafedrasının dosenti vəzifələrində çalışmışdır.

Qədim və orta əsrlər türk yazılı abidələrinin dili əsas tədqiqat sahəsidir. 100-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 1 dərsliyin, 2 dərs vəsaitinin, 5 metodik vəsaitin müəllifidir. 2026-cı ilin mart ayında GDU-nun Filologiya və Xarici dillər fakultəsinin dekanı vəzifəsinə təyin olunmuşdur.

Elmi əsərləri

• Qədim türk (runik) yazılı abidələrindən orta əsrlər türk yazılı abidələrinə keçid: ədəbi dil normalarının inkişafı (Bakı: Nurlan, 2004, 11,8 ç.v.)-monoqrafiya

• «Kitabi-Dədə Qorqud”un  dilində mürəkkəb cümlə (Bakı: Nurlan, 2004, 3,8 ç.v.)-metodik vəsait

• Qədim türk (runik) yazılı abidələrinin dili (magistr hazırlığı üçün dərs vəsaiti. Bakı: Nurlan, 2004, 11,6 ç.v.)- dərs vəsaiti

• Orxon-Yenisey abidələri və orta əsrlər türk ədəbi dili – türki (Bakı: Nurlan, 2005, 10,8 ç. v.)-monoqrafiya

• «Kitabi-Dədə Qorqud” və bədii mətnin struktur-semantik təşkili (Bakı: Nurlan, 2005, 8,5 ç.v.)-metodik vəsait

• «Kitabi-Dədə Qorqud” və bədii mətnin fonoloji strukturu (Bakı: ADPU nəşri, 2006,  7,6 ç.v.)-metodik vəsait

• Kontrastiv leksikologiyadan oçerk (Bakı: 2006, 2,6 ç.v.)-metodik vəsait

• «Kitabi-Dədə Qorqud” və bədii mətnin leksik-semantik strukturu (Bakı:ADPU nəşri, 2007, 6,5 ç.v.)-metodik vəsait

• Ümumi mətnşünaslıq (dərs vəsaiti. Bakı: ADPU nəşri, 2007, 16,0 ç.v.)-dərs vəsaiti

• Qədim türk əlifbası: ta­­­rixi, mənşəyi, tə­şək­külü (Bakı: ADPU nəşri, 2008, 15,0 ç.v.)-monoqrafiya  

• Azərbaycanın qədim türk runik yazılı abidələri (Bakı: ADPU nəşri, 2008, 7,5 ç.v.) -monoqrafiya

• Qədim dil (dərslik. Bakı: Elm və təhsil, 2018, 8,8 ç.v.) –dərslik