Gündəlik Arxiv: 30 Aprel 2025

Əmək intizamı

30 aprel 2025-ci il tarixdə Universitetin V korpusunda Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva ilə Xarici dillər və Filologiya fakültələrində işləyən Tədris-köməkçi heyətinin görüşü keçirildi. Görüşdə Gülsüm Fətəliyeva çıxış edərək Xarici dillər və Filologiya fakültələrində Universitetin əmək intizamının möhkəmləndirilməsi, yol verilən çatışmamazlıqlar haqqında danışdı. Gülsüm müəllim əməkdaşların çoxsaylı suallarını cavablandırdı.

Davamı

“Xarici Dillərin Tədris Metodları və Onun Digər Elmlərlə Əlaqəsi” mövzusunda metod seminar

“Xarici Dillərin Tədris Metodları və Onun Digər Elmlərlə Əlaqəsi” mövzusunda metod seminarı keçirilib.29 aprel 2025-ci il tarixdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi, ped.f.d. Arzu Tahir qızı Babayeva tərəfindən “Methods of Foreign Language Teaching and Its Relation to Other Sciences” (“Xarici Dillərin Tədris Metodları və Onun Digər Elmlərlə Əlaqəsi”) mövzusunda metod seminarı təşkil […]

Davamı

“Geyimlər” mövzusunda açıq sınaq dərs

23.04.2025-ci il tarixdə M.C. Paşayev adına 39 saylı tam orta məktəbdə pedoqoji təcrübədə olan Tağıyeva Səma Bəxtiyar qızının açıq dərsi olmuşdur. Dərsin mövzusu “Geyimlər” idi. Açıq dərsdə Xarici dillər fakültəsinin dekanı dos. Ə. Əsgərov, qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, dos. E. Abdullayeva, rəhbər müəllim C. Türkan iştirak etmişdilər.

Davamı