Kateqoriya Arxivləri: Xəbərlər

Təbrik edirik!

Gəncə Dövlət Universiteti Qrammatika və ingilis dilinin tədrisi kafedrasının böyük lobarantı İsmət Nəriman qızı Quliyevanın 60 illik yubileyi keçirildi. Tədbirdə Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Afaq Qasımova, Filologiya və xarici dillər fakültəsinin dekanı filologiya elmləri doktoru Yadigar Əliyev və Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dosent Elnarə Abdullayeva yubilyarı səmimi təbrik edərək […]

Davamı

“Müasir cəmiyyətdə insan hüquqları” mövzusunda tədbir

Gəncə Dövlət Universitetində 18 İyun – İnsan Hüquqları Gününə həsr olunmuş “Müasir cəmiyyətdə insan hüquqları” mövzusunda tədbir keçirilib. Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, professor-müəllim heyəti, əməkdaşlar və tələbələr iştirak ediblər. Tədbirdə insan hüquqlarının müasir cəmiyyətin inkişafındakı mühüm rolundan, hüquqi maarifləndirmənin əhəmiyyətindən və bu sahədə həyata keçirilən tədbirlərin vacibliyindən bəhs edilib. Bildirilib […]

Davamı

Yaz SEMESTRİNİN İMTAHAN SESSİYASI DAVAM EDİR

Gəncə Dövlət Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir.  01 iyun 2026-cı il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb, 8 iyun tarixdən isə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Bütün imtahanlar kameralarla təhciz olunmuş auditoriyalarda keçirilir və imtahanların gedişi izlənilir. Test formasında keçirilən imtahanlar 22 iyun 2026-cı il tarixədək davam […]

Davamı

GDU-da yaz imtahan sessiyası başlayıb

Gəncə Dövlət Universitetində (GDU) bakalavriat və magistratura səviyyəsi üzrə 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. İmtahanlar yazılı, şifahi, test üsulu ilə, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək. Hazırda bakalavriat və magistratura səviyyəsi üzrə imtahanlar yazılı formada aparılır. Bütün imtahanlar kameralarla təhciz olunmuş auditoriyalarda keçirilir. Yazılı formada olan imtahanlar bakalavriat səviyyəsi üzrə […]

Davamı

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

   1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.    Dünyanın əksər ölkələrində olduğu […]

Davamı

AAMX Xidməti və Almaniya Səfirliyinin təşəbbüsü ilə alman dili müəllimliyi və almandilli ixtisaslar üçün təşkil olunmuş toplantı keçirildi

22.05.2026-cı il tarixində AAMX Xidməti və Almaniya Səfirliyinin təşəbbüsü ilə alman dili müəllimliyi və almandilli ixtisaslar üçün təşkil olunmuş toplantı keçirildi. Səfirliyin sərgidə təqdim etdiyi eksponatlar posterlər-poliglot və Emil Pollun həyat və yaradıcılığını əks etdirən materiallar idi. Həmin eksponatlar universitetimizə hədiyyə olaraq gətirilmişdir. Eksponatlar alman və Azərbaycan dillərində olduğundan universitetimizin bütün müəllim-tələbə heyəti bunlardan yararlana […]

Davamı

“Dilçilik, ədəbiyyatşünaslıq və tərcüməşünaslıqda müasir paradiqmalar və innovativ perspektivlər” adlı elmi konfrans

20 may 2026-cı ildə Gəncə Dövlət Universitetininin Filologiya və xarici dillər fakültəsində TEC-nin rəhbərliyi ilə “Dilçilik, ədəbiyyatşünaslıq və tərcüməşünaslıqda müasir paradiqmalar və innovativ perspektivlər” adlı elmi konfrans keçirilmişdir. Tədbirin açılış mərasimində universitet rəhbərliyi, fakültə dekanı Əliyev Yadigar, kafedra müdirləri, müəllim heyəti və tələbələr iştirak etmişdir. Çıxış edən qonaqlar müasir dövrdə dilçilik, ədəbiyyatşünaslıq və tərcüməşünaslıq sahələrinin […]

Davamı

“Oxu, Araşdır, Kəşf Et” adlı kitab sərgisi V tədris korpusunda

Gəncə Dövlət Universitetinin Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Oxu, Araşdır, Kəşf Et” adlı növbəti kitab sərgisi V tədris korpusunda təşkil olunub. Sərginin əsas məqsəd tələbə və əməkdaşlar arasında mütaliəyə marağın artırılması, universitetin elektron kitabxanasının tanıdılması və kitab mübadiləsinin təşviq edilməsidir. Tədbirdə GDU-nun elektron kitabxanasından istifadə qaydaları haqqında videoçarx nümayiş etdirilib. Eyni zamanda elmi nəşrlər, monoqrafiyalar və bədii […]

Davamı

Süni İntellekt Dövründə Akademik Yazının Tədrisi mövzusunda Seminar Keçirildi

Gəncə Dövlət Universitetinin Filologiya və Xarici Dillər Fakültəsində Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Urqiyə Hacıyevanın “Süni İntellekt Dövründə Akademik Yazının Tədrisi” mövzusunda seminarı keçirilmişdir. Seminara kafedra müəllimləri, gənc pedaqoqlar qatılmışdır. Tədbir müasir ali təhsil mühitinin ən aktual məsələlərindən birinə — akademik yazının yeni şəraitdə necə tədris edilməsinə — həsr edilmişdi. Seminar üç əsas istiqamət üzrə […]

Davamı

Azərbaycanın Xalq şairi Səməd Vurğunun 120 illik yubiıeyinə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı ədəbi-bədii gecə keçiriləcəkdir

Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı KomitəsiGəncə Dövlət Universiteti Filologiya və Xarici dillər fakültəsiAzərbaycan və dünya ədəbiyyatı kafedrası19 may 2026-cı ilsaat 12:00GDU-nun V tədris binası Azərbaycanın Xalq şairi Səməd Vurğunun zəngin ədəbi irsinin yorulmaz tədqiqatçıları, tanınmış Vurğunşünas alimlər – filologiya üzrə fəlsəfə doktoru, dosent , AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlı və […]

Davamı