Kateqoriya Arxivləri: Xəbərlər

Tələbələrimiz “Regional Expo Gəncə 2026” sərgisində iştirak etdilər

20 noyabr 2026-cı il tarixində Gəncə İdman Sarayında TECHERA şirkətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və GBARJ platformasının təşkilatçılığı ilə “Regional Expo Gəncə 2026” sərgisi keçirildi. Regional iqtisadi inkişafın, sahibkarlığın, innovasiyaların və biznes əməkdaşlığının təşviqinə xidmət edən sərgi müxtəlif sahələrin nümayəndələrini, iş adamlarını, sahibkarları və gəncləri bir araya gətirdi. Filologiya və xarici dillər fakültəsinin tələbələri də […]

Davamı

“XIX əsr Qarabağ ədəbi mühiti (Poeziya)” monoqrafiyasının təqdimatı keçirildi

17 noyabr 2026-cı il tarixdə Gəncə Dövlət Universiteti PHS Filologiya və xarici dillər fakültəsinin təşkilatçılığı ilə universitetin V tədris binasında Zenfira Aslanın “XIX əsr Qarabağ ədəbi mühiti (Poeziya)” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya və xarici dillər fakültəsinin dekanı, dosent Yadigar Əliyev monoqrafiyanın elmi əhəmiyyətindən, XIX əsr Qarabağ ədəbi mühitinin zənginliyindən […]

Davamı

Tələbə danışıq klubunda Antuan de Sent-Ekzüperinin “ Kiçik Şahzadə” əsərinin sehrli dünyasına səyahət” mövzusu

Görüşdə Fransız dili müəllimliyi ixtisası ilə yanaşı, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının fransız dili öyrənən 1ci kurs tələbələri də iştirak etdilər. Bu, fərqli ixtisaslardan olan tələbələrin bir araya gələrək ədəbi əsər ətrafında fikir mübadiləsi aparmasına, fransız dilində ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə və əsərin əsas ideyalarını daha dərindən dərk etməsinə imkan yaratdı. İnteraktiv oyunlar, yaradıcı […]

Davamı

17 noyabr beynəlxalq Tələbə gününə həsr edilmiş rəsm sərgisi keçirildi

Filologiya və xarici dillər fakültəsində 17 Noyabr – Beynəlxalq Tələbə Gününə həsr olunmuş tələbələrin əl işlərindən ibarət rəsm sərgisi təşkil edildi. Sərgi tələbələrin yaradıcılıq potensialını, bədii dünyagörüşünü və estetik zövqünü nümayiş etdirmişdir. Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayevanın təşkilatçılığı ilə keçirilən sərgidə Banu Tural qızı Bəşirovanın, Leyla Elsəvər qızı Abdullayevanın, Leyla Mehman qızı Babayevanın […]

Davamı

17 NOYABR — MİLLİ DİRÇƏLİŞ GÜNÜ

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə […]

Davamı

Tələbə evində yaşayan tələbələr ziyarət edildi

Filologiya və xarici dillər fakültəsinin humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva fakültə fəalları ilə birlikdə Tələbə Evində yaşayan qızlarımızın qonağı oldular. Təhsildən, təcrübə və təqaüd proqramlarından və tələbə mətbəxindən danışdılar, gələcək karyera planlarını müzakirə etdilər. Tələbə qızlarımızla şənbə görüşü çay süfrəsi arxasında maraqlı söhbətlərlə yadda qaldı.

Davamı

“Praktik süni İntellekt” mövzusunda təlim keçirildi

16 noyabr 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin Müasir Təlim Mərkəzində Filologiya və Xarici dillər fakültəsi, eləcə də Riyaziyyat və İnformatika fakültəsinin müəllimləri üçün “Praktik süni İntellekt” mövzusunda təlim keçirilib. Təlimdə süni intellektin təhsildə tətbiqi, müasir AI alətlərindən effektiv istifadə imkanları, prompt yazma qaydaları, ChatGPT və Gemini kimi platformaların tədris prosesində rolu, eləcə də AI […]

Davamı

“Semantic constraints in the neural translation of idiomatic expressions” mövzusunda elmi seminarı keçirilmişdir

13 noyabr 2026- cı il tarixində Praktik Xarici Dillər kafedrasının müəllimi Türkan Həsənovanın “Semantic constraints in the neural translation of idiomatic expressions” (İdiomatik ifadələrin neyron tərcüməsində semantik məhdudiyyətlər) mövzusunda elmi seminarı keçirilmişdir. Seminarda müasir neyron maşın tərcüməsi texnologiyalarının imkanları, idiomatik ifadələrin tərcüməsi zamanı meydana çıxan semantik, kontekstual və mədəni çətinliklər ətrafında müzakirələr aparılmışdır. Məruzədə transformator […]

Davamı

“Conversation” klub keçirildi

12.11.2026-cı il tarixdə Alman dili ixtisasında kafedranın baş müəllimi Vüsalə Kərimovanın təşkil etdiyi “Conversation” klub keçirildi. Kluba l,ll,lll kurs tələbələri cəlb olunmuşdur. Klubun işində hər dərsdə bir mövzu müzakirə olundu. İştirak edən bütün tələbələr aktivlik göstərirdilər. Tələbələr interaktiv şəkildə bir-birinə suallar verir və cavablandırırdilar. Bu klub tələbələrin bilik səviyyəsinin inkişafına kömək edir. Bu gün klubun […]

Davamı

“ÜSLUBİ FİQURLAR VƏ ONLARIN NÖVLƏRİ” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ

Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudovanın “Üslubi fiqurlar və onların növləri” mövzusunda elmi-nəzəri seminarı oldu. Nəzəri seminarda müəllim   Azərbaycan bədii dilinin sintaktik-üslubi vasitələri, cümlə kоnstruksiyalarinda üslubi hadisələr barədə geniş məlumat verdi. O, ellipsis, ritorik sual, antiteza, bədii xitab, sintaktik vahidlərdə təkrir və paralеlizmin xüsusiyyətlərini şərh etdi. Nəzəri məlumatlar bədii əsərlərdən götürülmüş nümunələrlə izah edildi. […]

Davamı