GDU-nun Xarici Dillər fakültəsinin tələbələri Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə Gəncə şəhər Yeni Azərbaycan Partiyasının nümayəndəsi Cabir Məmmədov, GDU YAP GB-nin sədri Elmir Bağırov, universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirdə çıxış edənlər Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, ulu öndər H.Əliyevin təməlini qoyduğu dövlətin, gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin rolundan danışıblar. Daha sonra H.Əliyevlə bağlı videoçarx nümayiş olunub, eyni zamanda şeirlər səsləndirilib. Sonda YAP-ın sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqəsi təqdim edilib və xatirə şəkli çəkilib.