16 oktyabr 2026-cı ildə Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsində fəaliyyət göstərən Tələbə Mütaliə Klubunda 4-cü görüş-bədii əsərlərin müzakirəsi keçirilib.Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması təhlil olunub.Tədbirdə fakültə dekanı Yadigar Əliyev,dekan müavinləri və müəllimlər də iştirak ediblər. Maraqla qarşılanan müzakirə zamanı tələbələr Nizami Gəncəvinin zəngin bədii irsinə, “Xosrov və Şirin” poemasının ideya-məzmun xüsusiyyətlərinə, əsərdə əksini tapan məhəbbət, sədaqət, mənəvi dəyərlər və insan xarakterləri ilə bağlı məsələlərə toxunublar.Tələbələrin əsərin təhlilində fəal iştirakı, irəli sürdükləri fikirlər və fikir mübadiləsi tədbirə xüsusi canlılıq qatıb. Gənc mütaliəsevərlər əsərin məzmunu ilə yanaşı, onun bədii xüsusiyyətləri və fəlsəfi məqamları ətrafında da müzakirələr aparıblar.




