30 sentyabr 2026-cı il tarixdə Filologiya və xarici dillər fakültəsi Metodiki Şurasının növbəti iclası keçirilmişdir. İclasda aşağıdakı məsələlər müzakirə edilmişdir.
1. Fakültə Metodik Şurasının və kafedraların metodik qruplarının illik fəaliyyət planlarının hazırlanması və Elmi Metodik Şuraya təqdim edilməsi
2. 2026-2027-ci tədris ili üçün fənn sillabuslarının, mühazirə və seminar planlarının, qiymətləndirmə meyarlarının təhlili
3.Cari məsələ
Birinci məsələ barədə məlumat verən fakültə Metodiki Şurasının sədri dos. Yadigar Əliyev qeyd etdi ki, Universitet Metodik Şurasının 2026-2027-ci tədris ili üçün fəaliyyət planına uyğun olaraq fakültə Metodik Şurasının iş planmı hazırlanmışdır. Metodk Şuranın fəaliyyəti tədrisin keyfiyyətinin yüksəldilməsinə, ixtisasların təhsil proqramlarının təkmilləşdirilməsinə, fənn sillabuslarının yenilənməsinə, tədris-metodiki təminatın gücləndirilməsinə, yönəldilmişdir. Kafedraların metodik qruplarının iş planları da tərtib edilərək təsdiq nüçün təqdim edilmişdir.
Fakültə Metodiki Şurasının sədri dos. Yadigar Əliyev ikinci məsələ barədə bildirdi ki, Gəncə Dövlət Universitetinin Elmi Şurası tərəfindən 11 iyun 2025 -ci ildə təsdiq olunmuş “Mühazirə və seminar dərslərinin, mətn və icmalların hazırlanması, təlim və tədrisi qaydaları“ na uyğun olaraq mühazirə mətinləri, titul vərəqi, başlıq, plan, giriş, əsas, hissə, nəticə, nəzarət (yoxlama) sualları və ədəbiyyat siyahısından ibarət strukturda tərtib edilməlidir.Mühazirə mətni mühazirə planına müvafiq şəkildə alt bölmələrdən ibarət olmalı, məlumatlar mərhələli şəkildə izah olunmalı, yeni avadanlıqlar təqdim edilməli, tələbələrin diqqət yetirməli əsas anlayışlar, terminlər izah olunmalıdır.
Bu meyarlar qiymətləndirməyə daha konkret, düzgün yanaşmanı təmin edir.
Cari məsələdə Fransız dili kafedrasının baş müəllimi Anar Həmidovun bakalavriat təhsil səviyyəsi üçün hazırladığı proqram müzakirə olunmuş və fakültə Elmi Şurasına təqdim edilməsi məsləhət bilinmişdir.




