




24 oktyabr 2025-ci il tarixdə Rus dili kafedrasında təhsil proqramlarının dövri qiymətləndirilməsinə dair strukturlaşdırılmış hesabat təqdim olundu.
Gəncə Dövlət Universitetinin PHŞ Rus dili kafedrasında “Xarici dili müəllimliyi (rus dili)” ixtisası üzrə təhsil proqramının dövri qiymətləndirilməsinə dair strukturlaşdırılmış hesabatın təqdimatı keçirilib. Tədbirin məqsədi təhsil proqramının keyfiyyətini yüksəltmək, müasir standartlara uyğunluğunu təmin etmək və davamlı inkişaf mexanizmlərini gücləndirmək olub. Təqdimat zamanı qiymətləndirmənin əsas mərhələləri — hazırlıq, daxili və xarici qiymətləndirmə, həmçinin təkmilləşdirmə prosesi ətraflı şəkildə müzakirə olunub. Hesabatda proqramın məqsəd və nəticələri, tədris planı və məzmunu, müəllim heyətinin potensialı, tələbə nailiyyətləri və ictimai iştirakçılıq meyarları əsasında aparılan qiymətləndirmənin nəticələri təqdim olunub. Tədbirdə aşağıdakı tövsiyələr səsləndirilib:
• Dil tədrisində kommunikativ yanaşmaların gücləndirilməsi;
• Praktiki dərslərin və məktəb təcrübələrinin artırılması;
• Müəllimlərin metodik təlimlərə cəlb edilməsi;
• Geribildirim mexanizmlərinin təkmilləşdirilməsi və illik monitorinq sisteminin tətbiqi.
Sonda qeyd olundu ki, həyata keçiriləcək tədbirlər fənn təlim proqramlarının keyfiyyətinin yüksəlməsinə, məzunların pedaqoji fəaliyyətində daha yüksək səmərəlilik və peşəkarlığın təmin olunmasına şərait yaradacaqdır.
Məkan: Gəncə Dövlət Universiteti, Rus dili kafedrası