Bayramova Aytən və Musayeva Nazilə tərəfindən “Kredit sisteminin təşkili haqqında” təlim keçirildi.

27.10.2025 ci il tarixində Xarici dillər fakültəsi 3 cu kurs Tərcümə(ingilis dili) ixtisasının tyutoru Bayramova Aytən tərəfindən “Kredit sisteminin təşkili haqqında” təlim keçirildi. Təlimdə tələbələrin hüquqları və akademik maraqları barəsində məlumat verildi. Onların şikayət və təklifləri dinlənildi və lazımi köməklik göstərildi.

Xarici dillər fakültəsi 1 ci kurs Tercumə( ingilis dili) ixtisasına tyutor Musayeva Nazilə tərəfindən “Kredit sisteminin təşkili haqqında” təlim keçirildi. Təlimdə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”, təhsil krediti, Avropa Kredit Transfer Sistemi (AKTS), prerekvizit fənlər, tələbələrin hüquqları və akademik maraqları və digər məsələlər barəsində məlumat verilmişdir.Təlimdə tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.