




13.05.2025-ci il tarxində İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan rus dili müəllimliyi ixtisasının IV kurs tələbəsi Aysu Mustafayevanın “Qəhramanlar ölmür” mövzusunda açıq sınaq dərsi keçirilmişdir.
Dərsdə şagirdlərə qəhrəmanlıq anlayışı, Vətənə sevgi və tarixi şəxsiyyətlərin rolu barədə ətraflı məlumat verildi. Müasir təlim metodlarına əsaslanan dərs prosesində interaktiv yanaşmalar tətbiq olundu, şagirdlərin fəallığı və mövzuya marağı xüsusi ilə müşahidə edildi.
Açıq dərsin məqsədi şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, ana dilinə və milli-mənəvi dəyərlərə hörmətin formalaşdırılması idi. Təcrübəçi müəllim pedaqoji hazırlığını və mövzuya olan məsuliyyətli münasibətini uğurla nümayiş etdirdi.
Açıq dərsdə Xarici dillər fakültəsinin dekanı dos. Ə. Əsgərov, Rus dili kafedrasının müdiri dosent Kəmalə Əhmədova, rəhbər müəllim C. Türkan iştirak etmişdilər.