02.04.2025 ci il tarixində Xarici dillər fakültəsi 1 ci kurs ingilis dili müəllimliyi ixtisasına tyutor Hətəmova Ulduz tərəfindən, 2-ci kurs ingilis dili müəllimliyi ixtisasına tyutor Aytən Bayramova, tərəfindən, 3 cu kurs alman dili muəllimliyi ixtisasına tyutor Nazilə Musayeva tərəfindən, “Kredit sisteminin təşkili haqqında” təlim keçirildi.
Təlimdə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”, təhsil krediti, Avropa Kredit Transfer Sistemi (AKTS), prerekvizit fənlər, tələbələrin hüquqları və akademik maraqları və digər məsələlər barəsində məlumat verilmişdir.
Təlimdə tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.




