18.03.2025-ci il tarixdə Xarici dillər fakültəsinin tələbələri Azərbaycanın tarixi bayramlarında olan Novruz bayramını təntənəli şəkildə qeyd etdilər. Tədbiri giriş sözü ilə GDU-nin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açdı. Tələbələrin hazırladıqları “Ulduz falı və Keçəl”, “Məşədi İbad” səhnəcikləri böyük maraqla izənildi. “Arşın mal alan” rəqsi Alman dili ixtisasının 1-ci kurs tələbələri tərəfindən hazırlanmışdı. İngilis dili ixtisasının 3-cü kurs tələbələrinin Novruz əhval-ruhiyyəsini vəsf edən ifaları ilə tələbələr yallı gedib rəqs etdilər. Tədbirin sonunda tələbələrin hazırladıqları Novruz süfrələri dəyərləndirildi, Novruz ənənələrinə uyğun olaraq yumurta döyüşdürüldü. Tədbir musiqi sədaları ilə yekunlaşdı.



















