Fakültəmizdə yeni dərs vəsaiti işıq üzü gördü
Xarici dillər fakültəsi Fransız dili kafedrasının baş müəllimi Ruqiyyə Orucovanın “Xarici dildə (fransız) işgüzar akademik kommunikasiya” adlı dərs vəsaiti Gəncə Dövlət Universiteti bakalavr təhsil dərəcəsində qeyri ixtisas tələbələri üçün nəzərə tutulmuşdur.
Dərs vəsaiti Azərbaycan bölməsinin tələbələri üçün nəzərdə tutulduğundan dil materiallarının izahında və möhkəmləndirilməsində ana dilinə istinad edilmişdir.
Bu vəsait 150 saat dərsdən ibarətdir.
Dərslikdə çalışmalara geniş yer ayrılmışdır. Hər mətnə aid suallar, mətnlərin möhkəmləndirilməsi və mənimsənilməsinə xidmət edən çalışmalar, mətnlə əlaqadar yeni söz və ifadələrin öyrənilməsi ilə bağlı tərcümə materialı; qrammatik qaydalara və şifahi nitq vərdişlərinə xidmət göstərən çalışmalar.
Deməli çalışmalar bir tərəfdən mətnə aid anlayışları dəqiqləşdirir, digər tərəfdən isə mətnlər üzrə söz və terminləri möhkəmləndirir. Mətnlərlə əlaqədar yeni söz və ifadələrin öyrənilib mənimsənilməsi bilavasitə çalışmalarda mümkün olur.



