05.03.2025-ci il tarixdə Xarici dillər fakültəsi Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Ağayevanın “Sinifdə qarşılıqlı əlaqə”mövzusunda metod seminarı keçirildi. Seminarda kafedranın müəllim heyəti iştirak etdilər.
Ağayeva Türkan mövzu ilə bağlı cıxış etdi;- Bildirdi ki, sinifdə qarşılıqlı əlaqə termin müəllim və tələbələr arasında qarşılıqlı əlaqəni, ünsiyyəti əhatə edir.
Tədqiqatlar sinifdə qarşılıqlı əlaqəni formalaşdıran əsas amilləri araşdırmağa başlamışlar.
Xarici dilin tədrisində arzulanan nəticələr almaq üçün qarşılıqlı əlaqənin düzgün şəkildə qurulması vacibdir. Tədris prosesində ünsiyyət və qarşılıqlı əlaqə müəllimləri müəllim mərkəzli və tələbə mərkəzli ola bilər.



