Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 63 yaşı tamam olur.
2013-cü ildə Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev Ulu Öndər Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə malik olan dövlət başçısı Cənab İlham Əliyev beynəlxalq aləmdə müasir və praqmatik siyasətçi kimi tanınır. Onun rəhbərliyi ilə həyatın bütün sahələrində böyük uğurlara imza atan, dinamik inkişaf edən Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib.


