Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkil etdiyi Qış Məktəbində müsabiqə

Gəncə Dövlət Universitetinin III kurs Rus dili müəllimliyi tələbəsi Aysu Mustafayeva və I kurs İngilis dili müəllimliyi tələbəsi İsax Allahverdiyev Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkil etdiyi Qış Məktəbində olmuş iki gün ərzində Mingəçevirin gəzməli görməli yerlərini gəzmiş, müxtəlif təlimlərdə, intelektual oyunlarda iştirak etmişlər.