16 dekabr 2023-cü ildə Gəncə şəhəri icra hakimiyyətinin inzibati binasında “Rus dili” mərkəzinin təntənəli açılışı olmuşdur. Tədbirdə RF Azərbaycandakı səfirliyinin müşaviri Pyotr Volkov, Bakıdakı “Русский дом” təşkilatının rəhbəri İrek Zinnuzov və Azərbaycanda rus dili və ədəbiyyat jurnalının redaktoru Flora Naci, Azərbaycanda rusdilli tədris müəssisələrinin müəllimlər Asosiasiyasının sədri Lyubov Yakunina, Gəncə şəhərinin ali və orta məktəblərinin müəllim və tələbələri iştirak etmişlər.
Tədbirdə Flora Naci rusdilinin tədrisində jurnalın rolundan danışmışdır. Rus dili kafedrasının dosenti Əliyeva Sevda M.Ş.Vazehin 230 illiyinə həsr olunmuş məruzəsi ilə çıxış etmişdir. GDU nun Xarici Dillər fakültəsinin III kurs tələbələri İsmixanova Aysun və Allahverdiyeva İlahə M.Ş.Vazehin məruzəçinin rusdilinə tərcümə etdiyi qəzəllərinin təqdimatını etmişlər.
Proyekt çərçivəsində “Coğrafi imlanın” qaliblərinə sertifikatlar təqdim edilmişdir.
“Puşkiniana” konkursu çərçivəsində rus dili kafedrasının əməkdaşları dos. Bağırova Sevinc və b/m Qafarova Gülnara müsabiqəyə çarxlarını təqdim etmişdirlər.