Tələbələrin asudə vaxtlarının səmərli təşkili ilə əlaqədar 07.04.2023-cü il tarixdə TGT və THT -nın təşkilatçılığı ilə Xarici dillər fakültəsinin bir qrup tələbələri Göygöl rayonu “Tarix və diyarşünaslıq muzeyi” və “Bayraq meydanında” ekskursiyada oldular. Muzeydə nümayiş olunan ibtidai icma quruluşundan müasir dövrədək məişət əşyalarının nümunələri, qədim kurqanlarda aparılan qazıntılar zamanı əldə olunan saxsı qablar, qadın bəzək əşyaları ilə tanış oldular. Həmçinin Forer qardaşları tərəfindən emalına başlanan şərabçılığın inkişafı tarixini əks etdirən xüsusi guşəni də ziyarət ediblər.
Sonda Bayraq meydanında şən əhval ruhiyyəli xatirə şəkilləri çəkdiriblər.