10.04.2023-cü il tarixdə Universitet Monitorinq qrupunun üzvləri monitorinq qrupunun rəhbəri, dosent Allahverdi Quliyev olmaqla Xarici dillər fakültəsində, həmin tarixin I saatına aid dərslərdə monitorinq aparmışlar.
Dərslər dinlənildikdən sonra həmin dərslərin fakültənin dekanlığında müzakirəsi aparılmışdır. Müzakirədə dərsi dinlənilən müəllimlər iştirak etmiş və monitorinq üzvlərinin suallarını və göstərilən iradları cavablandırmışlar.