Şamilova Şahnaz Vaqif qızının açıq dərsi

        

Fransız dili kafedrasının müəllimi Şamilova Şahnaz Vaqif qızının   26.04.2016- cı il tarixdə fransız dili ixtisasında II kurs rus bölməsində “Proqressiv fonetika”  fənnindən açıq dərsim oldu. Komputer və proyektordan  istifadə edərək dərsə başladım. Əvvəlcə köhnə dərsin mövzusu [ S ], [ Z ]  samitləri idi. Tələbələr bu səslərin əmələ gəlməsini izah etdilər. Həmin səslərə aid hazırladəqları şeirləri, atalar sözlərini və yanıltmacları düzgün tələffüzlə söylədilər. Dərsliksə təqdim olunan Charles Frenenin “Je chante” mahnısını ifa etdilər. Yeni dərs [ K ] və [ L] samitləri idi. Fransız dilində özünəməxsusu  tələffüzü olan bu səslərin  əmələ gəlməsini izah etdim. Hərf və səs arasında olan əlaqəni izah edərək numunələr göstərdim. Audio kasetlərdən istifadə edərək [ K ] və [ L] səslərinə aid şalıçmaları magnitafonda dinlədik. Tələbələr bu səslərə aid şalıçmaları təkrar etdilər və mən onların tələffüzündəki səhvləri düzəltdim. Ev tapşırığı olaraq tələbələr [ K ] və [ L] səslərinə aid atalar sözləri yanıtmacları öyrənməyi  dərslikdə təqdim  olunan mahnılara qulaq asmağaı tapşırdım. Dərsin sonunda tələbələri qiymətləndirdim.

Açıq dərsdə: – Xarici dillər fakültəsinin dekanı, dos. Ə.Əsgərov, Fakültə elmi-metodki şuranın  üzvü  dos. Həmidov Allahverdi, Tədris işləri üzrə dekan müavini  b/m.M.Aslanova,   Fransız dili kafedrasının müəllimi b/m.R.Orucova açıq dərsdə iştirak etmişlər.